10 May, Bazar ertəsi  
"Medal davası etməyin, bu, hərbçi üçün ayıbdır" - AÇIQLAMA
"Medal və ordenlərlə təltif prosesi bir sıra adamlarda narazılıq yaradıb. Bəziləri bu narazılığı öz məqsədləri ilə şişirdirlər, geniş ümumiləşdirib, guya əsgər əməyini qiymətləndirmədə ədalətsizlik hökm sürür kimi, qərəzli "qənaətlərini" cəmiyətə aşılayırlar".


13:52 - 18 Yanvar 2021
Sosial

"Medal və ordenlərlə təltif prosesi bir sıra adamlarda narazılıq yaradıb. Bəziləri bu narazılığı öz məqsədləri ilə şişirdirlər, geniş ümumiləşdirib, guya əsgər əməyini qiymətləndirmədə ədalətsizlik hökm sürür kimi, qərəzli "qənaətlərini" cəmiyətə aşılayırlar".

Bu sözləri Redaktor.az-a hərbi ekspert Nazim Bayram deyib. O, bəzi məsələlərə aydınlıq gətirib:

“Birincisi, müharibədə iştirak etmiş cavan oğlan nə bilsin ki, təltifat prosesi bir dəfə olub, bitmir, müəyyən bir zaman çəkir.

Mən uşaq idim, 1945-dən 30 il keçmişdi, amma həyatda olan və dünyasını dəyişmiş müharibə veteranları hələ də orden, medallarla təltif olunurdular. Burada yubiley medallarını nəzərdə tutmuram, bunlar çox adama verilirdi. Konkret müharibədə göstərdiyi yüksək keyfiyətlərə və xidmətlərə görə hərbi medal, ordenləri nəzərdə tuturam.

İkincisi, bizim cəmiyətdə hərbi ənənələr və hərbi maarif zəif inkişaf edib. Bunun üstünə mental xüsisiyətlər gəlir. Biz medal, ad, orden tələb etməyə normal baxırıq. Bu, normal hal deyil.

Misal üçün, Türkiyədə orden, medalın verilmədiyinə və ya yubandığına görə küsmək, bunu ictimailəşdirmək heç kəsin ağlına gəlməz. Həmçinin, ABŞ ya Rusiyada ya Böyük Britaniyada buna görə heç kəs küsmür. Ruslarda isə gec də olsa, əsgərin əməyinə qiymət veriləcəyinə əminliyi ifadə edən deyim var: "Medal sahibini tapacaq". Gec təltifin öz ləzzəti var. Adam aramızda yaşayır, illər keçdikdə, məlum olur ki, o, əsl qəhramandır!

Bir məqamı da anlamalıyıq. Müharibə bizim üçün bitib. Ordu isə hazırda müharibə həcmində işlər görür. Hazırda daha təcili və önəmli məsələlərə baş qarışıb. Bu şəraitdə kimsə unudula, siyahılar tam tərtib olmaya və ya cüzi diqqətsizlik ola bilər. Bir sözlə, təltif olmamağın ya yubanmanın adi, hər kəsə aydın səbəbləri var”.

No description available.

Oxunub: 157
etiketlər: Medal

Bu Xəbəri Bəyəndiniz?
0
0
0
0
0
Toplam səs
0
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler