Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılıb.
Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar əsassızdır.
"Bununla bağlı indidən nəsə demək olmaz. Bu məlumatların heç bir əsası yoxdur. Bununla bağlı dəfələrlə məlumat vermişik.
Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.
Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib. //Baku.ws
