Cənubi Afrikada aşkarlanan mutasiyaya uğramış koronavirus İngiltərədəki mutasiyadan daha təhlükəlidir və bu virusun qarşısını almaqda vaksinlərin təsiri olmayacaq.
Redaktor.az xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyi isə COVID-19 vaksinlərinin mutasiyaya uğramış yeni növlərə qarşı təsirsizliyini sübut edən hər hansı bir fakt olmadığını açıqlayıb.
Virusun yeni növünə yoluxmanın qarşısını almaq məqsədilə İngiltərədə yeni karantin qaydaları açıqlanıb.
Qeyd edək ki, İngiltərədə günlük yoluxma sayı 60 mini keçib, virusdan ölənlərin sayı 76 min 305-dir.
Cənubi Afrikada isə virusdan ölənlərin sayı artdıqca, ölkədə tabut qıtlığı yaranıb. Alimlər bildirib ki, koronavirusun mutasiyaya uğrayan hər iki növü viral yüklüdür və daha çox yoluxucu xarakter daşıyır.