19 Yanvar, Çerşənbə axşamı  
Xankəndi ilə bağlı hər şey bu tarixdə bilinəcək: 5 gün sonra...
"Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 1-ci bəndində əksini tapan atəşkəsi, özlərini sülhməramlı adlandıran rus ordusunun seyirciliyi ilə Ermənistan Ordusunun qalıqları 26 noyabr və 8,11,27 dekabr tarixlərində dörd dəfə pozdular. Bəyanatın 2-ci bəndinə əsasən, işğal altında olan Qazax rayonunun kəndləri dekabrın əvvəlində qaytarılmalı idi. Lakin indiyədək bu kəndlər nəinki qaytarılmadı, hətta Kremlin saytındakı bəyannamə mətnindən bu barədə xatırlatma yoxa çıxarıldı".


10:28 - 05 Yanvar 2021
Siyasət

"Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 1-ci bəndində əksini tapan atəşkəsi, özlərini sülhməramlı adlandıran rus ordusunun seyirciliyi ilə Ermənistan Ordusunun qalıqları 26 noyabr və 8,11,27 dekabr tarixlərində dörd dəfə pozdular. Bəyanatın 2-ci bəndinə əsasən, işğal altında olan Qazax rayonunun kəndləri dekabrın əvvəlində qaytarılmalı idi. Lakin indiyədək bu kəndlər nəinki qaytarılmadı, hətta Kremlin saytındakı bəyannamə mətnindən bu barədə xatırlatma yoxa çıxarıldı".

Bu sözləri Redaktor.az-a açıqlamasında Züriyə Qarayeva deyib. O bildirib ki, imzalanan üçtərəfli bəyanatın bəndində göstərilən "Bölgədə nəqliyyat əlaqələrinin açılması" frazasını sipər edən Rusiya, canfəşanlıqla Xankəndi aeroportunun açılmasına çalışır:

"Uçuş zolağının yenilənməsi, logistik sistemlərin tənzimlənməsi və rus mediasında yayılan yanvarın 10-da açılış anonsları məsələnin ciddiyətindən xəbər verir. Bəyannamədə Qarabağın statusu, onların silahlıları barədə heç bir kəlmə olmadığı halda qondarma rejimin marionet "prezidenti"nin səngərdə əsgərlərlə görüşü, ordu qurmaq iddialarını yayması çizilən ssenaridir.

Züriyə Qarayeva: Ermənistandakı fiaskonun kökləri – KAFKASSAM – Kafkasya  Stratejik Araştırmalar Merkezi

Düşünürəm ki, bu dəfə Azərbaycan dövləti, cəmiyyəti və Prezident İlham Əliyev özü Rusiyanın Qarabağımızda möhkəmlənməsinə yol verməyəcəklər. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi iradə və Ali Baş Komandanın Yeni il müraciətindəki ermənilərə etdiyi xəbərdarlıq bizlərdə əminlik yaradır ki, ermənilərin Xankəndini "böyük Ermənistan" yaratmaq üçün ideoloji mərkəzə çevirmək xəyalları puç olacaq. Geyimi və ərzağı ruslardan dilənən ermənilərdən, Azərbaycanın tamamilə məhv etdiyi bir ordunu yenidən qurmağa milyonları və səriştəsi yoxdur".

Şəfəq Samed \ Redaktor.az

Oxunub: 189
etiketlər: Xankəndi

Bu Xəbəri Bəyəndiniz?
0
0
0
0
0
Toplam səs
0
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler