27 Noyabr, Cümə  
Ermənilərin faşist obrazı
Azərbaycan və Ermənistan arasında savaş təkcə cəbhədə deyil, bütün istiqamətlərdə maksimum həddə davam etməkdədir. Müasir dövrdə informasiyanın nə dərəcədə vacib amil olmasını nəzərə alsaq, yaxın onilliklərdə informasiya siyasətini düzgün quran tərəfin Qarabağ münaqişəsinin həllində böyük üstünlük qazanacağı şübhə doğurmur. Deməli, informasiya siyasəti səngərdən heç də az əhəmiyyətli məsələ sayılmamalıdır.


00:50 - 11 Iyun 2020
Siyasət

Son onilliklər ərzində “yazıq və məzlum” erməni obrazının dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə də MDB məkanında bizim tərəfindən dağıdılmasının şahidiyik. Artıq beynəlxalq ictimaiyyət erməniləri guya türklərin və azərbaycanlıların “təcavüzünə” məruz qalan xalq kimi deyil, əksinə, təcavüzkar və terrorçu xalq kimi tanımaqdadır.

Erməni obrazı və mifinin dağıdılması istiqamətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər oturuşmuş və vacib dövlət sayılan Rusiya ictimaiyyəti əsas hədəfimiz olmalıdır. Təsadüfi deyil ki, son zamanlar şimal qonşumuzun ayrı-ayrı siyasətçiləri və ekspertləri tərəfindən ermənilərə qarşı ciddi soyuqluq müşahidə olunmaqdadır. Bunun əsas səbəbləri sırasında Ermənistandakı keçmiş və indiki hakimiyyətin Moskva ilə qeyri-səmimiliyi dayanır. Düşmən ölkədəki etibarsız və sabahı bəlli olmayan siyasətçilər qarşısında isə Azərbaycan Prezidenti var - oturuşmuş və dayanıqlı daxili və xarici siyasət konsepsiyası olan, dünyanın bütün dövlətlərində etibarlı tərəfdaş adını qazana bilmiş Azərbaycan Prezidenti.

Sovetlər imperiyasının dağılmasından sonra keçmiş sosialist respublikalarda yaranan anti-Rusiya meyli, onların Qərbə siyasi və mədəni inteqrasiyası Kreml tərəfindən qıcıq yaratmaya bilməzdi. Rusiya tərəfindən xüsusilə qıcıq yaradan məsələ sırasında MDB coğrafiyasında ayrı-ayrı liderlər tərəfindən tarixin yenidən yazılması cəhdidir. Bu istiqamətdə bir sıra keçmiş Sovet respublikalarında cərəyan edən anti-Rusiya tendensiyası maraq doğurmaqdadır. Nə qədər qəribə səslənsə də, Cənubi Qafqaza gəlmələrinə və milli dövlətçiliyə sahib olmalarına görə Moskvaya borclu olan ermənilər arasında da son vaxtlar tarixin yenidən yazılması, anti-Rusiya meylləri genişlənməkdədir.

Belə olan təqdirdə, bizim qarşımızda duran ən mühüm məsələlərdən biri, düşməni elə öz silahı ilə tələyə salmaq, ona qarşı rusdilli auditoriyalarda fəal iş aparmaqdır.

Bu aspektdə, Prezident İlham Əliyevin 9 may ərəfəsində Rusiya KİV-inə müsahibəsi xüsusi əhəmiyyət kəsb edir. O bildirmişdir ki, "Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyllər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir”. Ölkə rəhbəri qeyd edib ki, MDB məkanında, o cümlədən Ermənistanda da faşizmin qəhrəmanlaşdırılması baş verir: "Ermənistanın əvvəlki hakimiyyəti İrəvanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə qəti etirazını bildirib".

Bir neçə ay əvvəl MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə də Prezident Ermənistanın işğalçı və faşist simasını ifşa etmişdi. Həmin vaxt dövlət başçısı İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadalamışdı. Azərbaycan Prezidenti haqlı olaraq vurğulamışdı ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir. Bu proses dövlət səviyyəsində həyata keçirilir. Ermənistanda Qaregin Njdeyə abidə qoyulub, onun adı küçəyə verilib. Prezident bunun qəbuledilməz olduğunu bildirmişdi. Dövlət başçısının çağırışının məqsədi o idi ki, beynəlxalq ictimaiyyət bununla bağlı ölçü götürsün.

Və beynəlxalq ictimaiyyət ölçü götürdü. Məhz Prezidentin çıxışından sonra Rusiyanın cənubunda yerləşən Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsi söküldü və Rusiya KİV-ində anti-erməni məqalələrin sayı kifayət qədər artmış oldu.       

Ermənistandakı anti-Rusiya, faşizm tendensiyaları barəsində artıq Rusiya ictimaiyyətinin reaksiyası ən radikal formada biruzə verməkdədir. “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko sözlərinə görə, Nikol Paşinyanın babası ətrafında qalmaqal və erməni Baş Nazirin Qaregin Njdeni müdafiə etməsi fonunda gözlənilməz susqunluğu çoxlu sual yaradır.

Onun sözlərinə görə, bu gün təkcə Böyük Vətən müharibəsinin tarixini təkrar yazmaq cəhdləri ilə deyil, həm də faşistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması ilə mübarizə məsələsi daha da aktuallaşır: “Biz görürük ki, nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda fəal şəkildə davam edir. Fikrimcə, bu proseslərin əsasında həmin ölkələrdəki milli elitaların marağı ilə bağlı siyasət dayanır. Nasizm əlaltılarının qəhrəmanlaşdırılması problemi bu gün mövcuddur, onunla mübarizə aparmaq lazımdır və İkinci Dünya müharibəsinin tarixinin təkrar yazılması imkanlarının qarşısını almaq lazımdır”.

Təbii ki, bütün bu uğurların təməlində Prezidentin düşünülmüş siyasi kursu dayanır. Bu siyasət ölkəmizin Ermənistan qarşısında mövqeyini daha da möhkəmləndirir. Dünyanın daha da liberallaşdığı və multikultural dəyərlərin daha da genişləndiyi bir vaxtda Azərbaycan liderinin erməni obrazının əsl xüsusiyyətlərini faktlarla ortaya qoyması sözsüz ki, artıq düşmən ölkənin beynəlxalq imicinə ciddi zərər vurmağa başlamışdır. Dövlət başçısının Ermənistanda nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmə meylin artması barədə dünya ictimaiyyətinin məlumatlandırılması ermənilərin faşist ruhlu dünənini və bu gününü tam çılpaqlığı ilə göstərmiş oldu.

Oxunub: 140
etiketlər:

Bu Xəbəri Bəyəndiniz?
0
0
0
1
0
Toplam səs
1
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler