27 Noyabr, Cümə  
SON DƏQİQƏ: Azərbaycanda tanınmış musiqiçi HƏBS EDİLDİ
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.


17:40 - 08 Iyul 2020
Siyasət

Baş Prokurorluğun Mətbuat Xidmətindən HDxəbər.az-a verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Lütfi Qədirovun Orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri  üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Oxunub: 390
etiketlər: Musiçi Həbs Polis

Bu Xəbəri Bəyəndiniz?
1
2
2
1
1
Toplam səs
7
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler