28 Noyabr, Şənbə  
Bakıda klinikada bakirə qızı nişanlısının yanında görün nə etdilər...
Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.


23:34 - 10 Iyun 2020
Sağlamlıq

O bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla “Sağlam ailə” klinikasına gedərək, orada USM müayinəsindən keçib. Lakin ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.

Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:

“Sağlam ailə”nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.

Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.

Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.

Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu qoydular. Kağızda “extrogen hamiləlik” yazılmışdı və sual işarəsi qoyulmuşdu. Bunun nə olduğunu soruşdum, dedilər, gedin, test edin, analiz verin.

Dəfələrlə həkimə dedim ki, bu, ola bilməz. Necə hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram.

Təsəvvür edin həmin an nişanlımın vəziyyətini.

Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki etirazımı bildirim, məni içəri buraxmadılar. Orada bir sutkaya 350 manat ödəmişdim, onu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.

Nəticədə, digər klinikada yenidən USM müayinə olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:

“Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. O kist partlayardı, qanama güclənərdi... Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm” //Medicina.az

Oxunub: 72
etiketlər:

Bu Xəbəri Bəyəndiniz?
0
0
0
0
0
Toplam səs
0
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler