"Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb".
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.
"Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, - S.Lavrov vurğulayıb. //Report